Ana Sayfa > Karusel / Gündəm > Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq


4-08-2022, 12:24. Yazar: Admin

Sabah 38 dərəcə isti olacaq

 


Avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Qarbaginfo.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz  35-37° isti olacaq. Atmosfer təzyiqi  758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.   Nisbi rütubət  60-65 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti     

Mülayim şimal-qərb  küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz  20-25° isti olacaq.   


Geri dön