Ana Sayfa > Karusel / Dünya > Türkiyə Rusiyadan 1 mlrd. dollarlıq silah-sursat sifariş edib

Türkiyə Rusiyadan 1 mlrd. dollarlıq silah-sursat sifariş edib


2-06-2020, 14:23. Yazar: Admin

Türkiyə Rusiyadan 1 mlrd. dollarlıq silah-sursat sifariş edib

“Türkiyə ilə ixrac müdafiə sifarişlərinin portfeli 1 milyard dollar dəyərində qiymətləndirilir”.

APA-nın Moskva müxbirinin Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

“Bu gün qeyd edə bilərik ki, Türkiyənin Rusiyadan sifariş verdiyi hərbi texnikanın dəyəri 1 milyard dollara yaxındır”, - deyə D. Şuqayev vurğulayıb.

Qeyd edək ki, indiyə kimi Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq sahəsində imzalanan müqavilələrin dəyəri rəsmi açıqlanmayıb.


Geri dön