Ana Sayfa > Karusel / Gündəm > Çempionlar Liqası: Kiyev "Dinamo"sundan qələbə, "Pünik" darmadağın olub
Çempionlar Liqası: Kiyev "Dinamo"sundan qələbə, "Pünik" darmadağın olub4-08-2022, 00:49. Yazar: Admin |
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. Qarabaginfo.az-ın məlumatına görə, son oyun günündə də 5 görüş keçirilib. Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib, Nroveçin "Budyo Qlimt" komandası isə Litva "Jalgiris"nin qapısından 5 cavabsız top keçirib. Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"unu 4:0, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"ini 5:0 hesabı ilə darmadağın edib. Kiyev "Dinamo"su isə Polşada Avstriyanın "Şturm" klubuna minimal hesabla qalib gəlib. Çempionlar Liqası III təsnifat mərhələsi, ilk oyunlar 3 avqust 20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 1:1 Qollar: Kvabena Ovusu, 34 - Frank Boli, 17 20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva) - 5:0 Qollar: Uqo Vetlesen, 33 (pen.). Amal Pelleqrino, 36. Lars-Yorgen Salvesen, 58. Marius Höybroten, 61. Runar Espeyor, 90+3 21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) - 4:0 Qollar: Matyö Pebern, 38 (avtoqol). Əli Məhəmməd, 54; 62. Frantsdi Pyero, 79 Qırmızı vərəqə: Vukaşin Yovanoviç, 60 ("Apollon") 22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya) - 1:0 Qol: Aleksandr Karavayev, 28 22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) - 5:0 Qollar: Osman Bukari, 29; 44; 70. Kinqs Kanqva, 33. Stefan Mitroviç, 77 Qeyd edək ki, bu mərhələnin cavab matçları avqustun 9-da oynanılacaq. (report.az) Geri dön |