Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur
Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur3-08-2022, 17:40. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 799 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 752 nəfərdir. Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb. Geri dön |