Ana Sayfa > Karusel / Təhsil > Qəbul imtahanında 38 nəfər maksimum bal toplayıb
Qəbul imtahanında 38 nəfər maksimum bal toplayıb3-08-2022, 16:47. Yazar: Admin |
Qəbul imtahanında I ixtisas qrupu üzrə 28 nəfər ən yüksək nəticə (400 bal) göstərib. Bu barədə Qarabaginfo.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır. IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı. İmtahanlarda 400 bal toplayan şagirdlərin oxuduqları məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz. Geri dön |