Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Qarabağdakı hərbçilərini çıxardır

Ermənistan Qarabağdakı hərbçilərini çıxardır


3-08-2022, 15:30. Yazar: Admin

Ermənistan Qarabağdakı hərbçilərini çıxardır

Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa xidmətə göndərilən hərbçilərin xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq tərxis edilirlər.

Qarabaginfo.az haqqin.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Abramyanın sözlərinə görə, Ermənistan ərazisindən Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib. 44 günlük müharibə, həmçinin 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı göndərilməyib.

“İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan çağırışçıların Qarabağdakı son qrupunun 2022-ci ilin avqustunda tərxis olunmalı idi. Lakin görünür Azərbaycanın tələbi ilə tərxis prosesi daha tez həyata keçirilib.”, - deyə deputat yazıb. 


Geri dön