Ana Sayfa > Karusel / Region > Rusiya Gürcüstana və Qazaxıstana hücum edəcək...
Rusiya Gürcüstana və Qazaxıstana hücum edəcək...3-08-2022, 12:59. Yazar: Admin |
Medvedev qalmaqallı postunu tezliklə ləğv etsə də, Sobçak onu skrin etməyə macal tapıb...
"Kiyevin və Malorossiyanın millətçilər bandasından azad edilməsindən sonra Rusiya yenidən vahid ölkə olacaq"
"Biz öz Vətənimizin bəlli olduğu kimi heç yerdə bitməyən sərhədlərini bərpa etmək üçün növbəti yürüş edəcəyik"
"Qazaxıstana ruslar gəlməyincə, orada qayda-qanun olmayacaq"
"Əgər onun orqazm fəryadına mühafizəsi və qulluqçusu özlərini yetirməsəydi, Dimon Azərbaycanla Ermənistanı da ələ keçirəcəkdi..."
Avqustun 2-nə keçən gecə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin Rusiyanın "V kontakte" sosial şəbəkəsindəki səhifəsində post peyda olub.
Medvedevin postunda Rusiya imperiyasının sərhədlərinin bərpasından söhbət açılıb, Ukrayna ilə yanaşı, Gürcüstan və Qazaxıstanın da süni surətdə yaradılan ölkələr olması, əsrlər boyu orada rusların yaşaması barədə fikirlər səsləndirilib.
Mətndə deyilir ki, "Kiyevin və Malorossiyanın millətçilər bandasından azad edilməsindən sonra Rusiya yenidən vahid ölkə olacaq".
"Biz öz Vətənimizin bəlli olduğu kimi heç yerdə bitməyən sərhədlərini bərpa etmək üçün növbəti yürüş edəcəyik", - Medvedev yazıb.
Rusiyanın Gürcüstana Rusiya imperiyasının bir hissəsi kimi iddialarını o, müfəssəl və "dəlillərlə" sübut etməyə calışıb.
"Məsələn, Gürcüstanın birləşməsindən öncə o, ümumiyyətlə, mövcud olmayıb. 1801-ci ildə indiki Gürcüstanın ərazisi 5 suveren siyasi qurumlardan ibarət olub: paytaxtı Tiflis olmaqla Kartli və Kaxetiya, Qara dəniz sahilində iki Meqreliya və Quriya knyazlığı, dağ rayonlarında yerləşən Svanetiya knyazlığı. Yəni Gürcüstan indiki sərhədlərində yalnız Rusiya imperiyası çərçivəsində yaradılıb", - Medvedev bəyan edib.
Gürcüstanla bağlı fikirlərini bitirdikdən sonra rusiyalı məmur Qazaxıstana keçib, Putin kimi tarixə ekskurs edib.
"Tarixdə daha bir nümunə var, XVII əsrin əvvəllərində ruslar Şimali Qazaxıstanın vəhşi çöllərində ilk insan məskənləri salıb. Üç əsr ərzində bu ərazinin ruslar tərəfindən müstəmləkələşdirmə prosesi davam edib, buna Sibir dəmiryolunun açılması və Stolıpin aqrar islahatı xüsusi təkan verib. Qazaxıstan süni dövlətdir, keçmiş rus əraziləridir", - Medvedev yazıb və Qazaxıstan hakimiyyətini rus xalqının soyqırımında ittiham edib.
"Bu əsrdə Qazaxıstan hakimiyyəti respublika daxilində müxtəlif etnik qrupların yerdəyişməsi üzrə təşəbbüslər gerçəkləşdirib, bunu da ruslara qarşı soyqırım kimi dəyərləndirmək olar. Biz buna göz yummaq fikrində deyilik. Oralara ruslar gəlməyincə, qayda-qanun olmayacaq", - Medvedev sözlərinə yekun vurub.
Bu mətn dərc edildiyi andan 10 dəqiqə sonra ləğv edilib. Lakin rusiyalı jurnalist Kseniya Sobçak mətni skrin etməyə macal tapıb.
"General SVR" bununla əlaqədar olaraq yazır:
"Bir neçə gün öncə Medvedevə Putinin adından SSRİ-nin bərpası, mövcud status-kvonun ədalətsiz olması, dost olmayan ölkələrin ifşa edilməsi mövzusuna dair sosial şəbəkələrdə əsaslı yazı hazırlamaq "təklifi" ötürülüb. Sifarişçi kimi prezidentin adından Kiriyenko çıxış edib.
Rusiyalı müxalifətçi və publisist Aleksandr Nevzorov da Medvedevin növbəti sayıqlamasını diqqətdən kənarda saxlamayıb.
"Kremldə Dimon Medvedevin çarpayısında ədyal altında fövqəladə geosiyasi hadisələr baş verib. Gah sağ, gah da sol əlini işə salaraq, Medvedev Gürcüstanı qan içində boğub, Qazaxıstanı isə param-parça edib, daha bir neçə ölkəni tapdalayıb və hamısını Putin Rusiyasına birləşdirib. Əgər onun orqazm fəryadına mühafizəsi və qulluqçusu özlərini yetirməsəydi, Dimon Azərbaycanla Ermənistanı, Alyaska ilə Polşanı da ələ keçirəkdi, sadəcə, buna macal tapmayıb. Nəfəsini dərəndən və əllərini siləndən sonra Dimon özünün geosiyasi masturbasiyasının nəticələrini "V kontakte"-də qeydə alıb.
Post, təbii ki, sonradan ləğv edilib, Medvedevi isə dövlət sirrini yaydığına görə Kremlin Georgi zalında şallaq gözləyir", - Nevzorov belə yazıb.(Moderator.az)
Geri dön |