Ana Sayfa > Karusel / Siyasət > “ABŞ hegemonluğuna son qoymaq lazımdır” - Lavrov

“ABŞ hegemonluğuna son qoymaq lazımdır” - Lavrov


3-08-2022, 11:43. Yazar: Admin

“Amerika spikerinin bu cür səfəri qıcıqlandırıcı təsir yaratmaq üçündür. Əslində Çin bunun nə demək olduğunu yaxşı bilir”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Myanma xarici işlər naziri Vunna Maunq Lvinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

“Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun öz yolverilməzliyini sübut edir. Onların nəyə güvəndiyini bilmirəm. Amma bunun Ukraynadakı vəziyyətlə bağlı danışdığımız eyni xətti əks etdirdiyinə şübhəm yoxdur. Amma bunun təbii ki, cəzası olacaq. Rusiya tərəfi bu səfəri açıq-aşkar təxribat hesab edir. Amerikanın hegemonluğuna artıq yer yoxdur. Buna qarşı geosiyasi reallığı tanımağa çağırırıq”,- deyə Lavrov vurğulayıb.

 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri siyasi qalmaqala səbəb olub.


Geri dön