Ana Sayfa > Karusel / Dünya > Ağ Ev: Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil
Ağ Ev: Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil3-08-2022, 07:50. Yazar: Admin |
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun Çinin ərazi bütövlüyünə sadiqliyinə zidd deyil. Qarabaginfo.az RenTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O vurğulayıb ki, Vaşinqton spikerin səfərini izləyir və Pelosinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb. “Açıq deyim: spikerin səfəri bizim çoxillik Çin siyasətimizə tamamilə uyğundur. Biz açıq şəkildə bildirdik ki, vahid Çin siyasətimizdə heç bir dəyişiklik yoxdur”, - deyə Kirbi bildirib. Onun sözlərinə görə, Vaşinqton Tayvanla bağlı vəziyyətdə status-kvonun birtərəfli dəyişməsinə qarşıdır. Kirbi, deyib ki, biz Tayvanın müstəqilliyini dəstəkləmədiyimizi bildirdik. Tayvan boğazının hər iki tərəfindəki fikir ayrılıqlarının sülh yolu ilə həllini gözləyirik deyə o vurğulayıb. Geri dön |