Ana Sayfa > Karusel / Gündəm > Ermənistanda metro, hava limanı və parlamentin bombalanması xəbərləri yayıldı

Ermənistanda metro, hava limanı və parlamentin bombalanması xəbərləri yayıldı


2-08-2022, 21:48. Yazar: Admin

Ermənistanda metro, hava limanı və parlamentin bombalanması xəbərləri yayıldı

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, Zvartnots hava limanına, parlamentə və bir sıra digər hərbi və mülki obyektlərə bomba qoyulması barədə məlumat daxil olub.

Qarabaginfo.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, hər ünvana xüsusi heyət göndərilib.

Hazırda hadisə yerində axtarış işləri aparılır.

Qeyd edək ki, İrəvanda bütün metro stansiyaları da partlayıcı qurğu ilə bağlı siqnala görə bağlanıb, sərnişinlər təxliyə edilib.


Geri dön