Ana Sayfa > Karusel / Sosial > Kanalizasiya suyunu dənizə axıdan istirahət mərkəzi ilə bağlı araşdırma başlayıb

Kanalizasiya suyunu dənizə axıdan istirahət mərkəzi ilə bağlı araşdırma başlayıb


2-08-2022, 17:50. Yazar: Admin

Kanalizasiya suyunu dənizə axıdan istirahət mərkəzi ilə bağlı araşdırma başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində kanalizasiya sularının dənizə axıdılması ilə bağlı araşdırmaya başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ərazidə olub, analiz üçün nümunələr götürüb. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə sözügedən ərazidə suyun çirkləndirilməsi ilə bağlı video yayılıb və qeyd edilir ki, ətrafa çox pis qoxu yayılır.


Geri dön