Ana Sayfa > Karusel / Gündəm > Rusiya sülh müqaviləsinin hazırlanmasına töhfə verir - XİN

Rusiya sülh müqaviləsinin hazırlanmasına töhfə verir - XİN


2-08-2022, 16:58. Yazar: Admin

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına böyük töhfə verir.

 Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

 "Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsi İqor Xovayev tərəflər arasında təmas nöqtələrinin tapılması, sülh sazişinin qarşılıqlı məqbul baza prinsipləri və parametrlərinin əldə olunması üçün daimi məsləhətləşmələr keçirir. Bu cür təmaslar iyulun 22-də Bakıda və iyulun 28-də İrəvanda baş tutub", - deyə Rusiya XİN rəsmisi bildirib.

 


Geri dön