Kosovo ilə Serbiya arasında gərginliyə səbəb olan “Ölkədəki serb icmasının Kosovo şəxsiyyət vəsiqəsi və nömrə nişanı var” qərarından sonra ölkənin şimalında yolların bağlanması üçün qurulan bütün barrikadaların söküldüyünü paylaşılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkəniin Daxili işlər naziri Cəlal Sveçla məlumat yayıb.
"Qanunsuz serb təşkilatlarının ölkənin şimalında 9 fərqli yerdə qurduğu barrikadalar tamamilə aradan qaldırılıb. Tam hərəkət azadlığı təmin edilib, Yarinje və Brnjak sərhəd qapıları vətəndaşların üzünə açılıb" , - deyə ifadə edib.
Onun sözlərinə görə, Belqradın rəhbərlik etdiyini söylədiyi silahlı maskalı qruplar vətəndaşlara hücum edib və polisə atəş açıblar.
Nazir sosial mediada verdiyi açıqlamada Kosovonun şimal bölgəsində Serbiya ilə sərhəd keçid məntəqələrinə gedən yollara qoyulan bütün barrikadaların söküldüyünü təsdiqləyib.