Ana Sayfa > Karusel / Siyasət > Səfirlik: Donfrid ABŞ-ın regionda kommunikasiyaların açılmasına dair yardım təklifini bir daha təkrarlayıb
Səfirlik: Donfrid ABŞ-ın regionda kommunikasiyaların açılmasına dair yardım təklifini bir daha təkrarlayıb2-08-2022, 13:51. Yazar: Admin |
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışıqları keçirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib. “Onlar Azərbaycanın və Ermənistanın regionda sülhə nail olması üçün tarixi imkan barədə müzakirələr aparıblar. Dövlət katibinin köməkçisi Birləşmiş Ştatların regional nəqliyyat və kommunikasiya bağlantılarının açılmasının təminatına dair yardım təklifini bir daha təkrarlayıb. O, tərəfləri sərhəddə gərginliyin azaldılması üçün səylər göstərməyə və sülhə dair dialoqu davam etdirməyə təşviq edib”, - məlumatda qeyd olunub. Geri dön |