Ana Sayfa > Karusel / Dünya / Yazar > Qərb liderlərinin Putinin qarşısına çıxarmaq istədikləri adam...

Qərb liderlərinin Putinin qarşısına çıxarmaq istədikləri adam...


1-08-2022, 15:57. Yazar: Admin

Bu xanım NATO-nun növbəti Baş katibi ola bilər. Söhbət Estoniyanın keçmiş Baş naziri Kaya Kallasdan gedir. O bu yaxınlarda vəzifəsindən istefa verib.

 

Xatırladaq ki, NATO-nun hazırkı Baş katibi Yens Stoltenberq tezliklə vəzifəsindən gedəcək. O, Rusiyanın məğlub edilməsi üçün NATO ölkələrinin Ukraynaya uğurlu dəstəyini təmin edə bilmədi. 

ABŞ Yens Stoltenberqin yerinə Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonu gətirməyi planlaşdırır. Conson NATO-nun Baş katibi postu üçün mükəmməl namizəddir. 

Lakin Consonun namizədliyi Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Olaf Şoltsu qətiyyən qane etmir. Onlar Consonun həddindən artıq aktivliyi, qətiyyətliliyi və xarizması qarşısında özlərini əzik hiss edirlər. Ona görə də, Boris Consonun NATO rəhbərliyinə gedən yolunu bloklamağa çalışacaqlar. 

Makron və Şolts məhz Estoniyanın keçmiş xanım baş naziri Kaya Kallası NATO-nun Baş katibi postunu tutmaq üçün ən ideal namizəd hesab edirlər.. 

Bəs, bu xanım siyasətçinin ideallığı nədə imiş?

Brüsseldəki beynəlxalq qurumlardakı anonim mənbələrdən biri bu sualı belə cavablandırıb:

“Optimal profil Estoniyanın keçmiş baş naziri Kaya Kallasdır. O bu postu tutmaq üçün bütün meyarlara cavab verir. O qadındır (bu isə alyansa inklüzivlik qatacaq), Baltikyanı ölkələrin nümayəndəsidir, Rusiyaya qarşı aydın tənqidi mövqeyə və bu ölkə ilə bağlı əyani təsəvvürlərə, məlumatlara malikdir”.

Bu dəyərləndirmə ilə müəyyən mənada razılaşmaq olar. Bəli, Kaya Kallas həqiqətən də Rusiyanın necə bir təcavüzkar dövlət olduğunu və Putinin ambisiyalarını, hədəflərini doğrudan da yaxşı bilir. Və baş nazir olduğu dönəmdə də dəfələrlə Rusiya əleyhinə açıqlamalar verib. 

Lakin Boris Consondan fərqli olaraq Kaya Kallasda ardıcıllıq, prinsipiallıq, qətiyyətlilik yoxdur. Kaya Kallas savaşçı tipə malik deyil, o daha çox diplomatik həll yollarına üstünlük verir. NATO-ya isə bu saat zərif diplomat yox, əsl mübarizə adamı, cəngavər tipində siyasi lider lazımdır. Zatən NATO-nun özü də hərbi təşkilatdır və indi bu təşkilatın başında "qana qan!" prinsipi ilə hərəkət edən bir şəxs dayanmalıdır. Çünki Rusiya adlı "ayı"nı dayandırmağın başqa bir yolu yoxdur. 

P.S.
Yeri gəlmişkən, Kaya Kallasın özü də Boris Consona rəğbət bəsləyir. 

 

Bəybala Mirzəyev 


Geri dön