Ana Sayfa > Karusel / Region > Odessadan çıxan gəmi sabah İstanbul boğazına çatacaq

Odessadan çıxan gəmi sabah İstanbul boğazına çatacaq


1-08-2022, 12:01. Yazar: Admin

 

Hulusi Akar

Odessa limanından çıxan qarğıdalı yüklü ilk gəmi sabah yerli vaxtla təxminən saat 15:00 İstanbul boğazına çatacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, gəmi Müştərək Koordinasiya Mərkəzində çalışan bütün tərəflərin iştirakı ilə yoxlanmasından sonra yoluna davam edəcək.


Geri dön