Ana Sayfa > Karusel / Region > Türkiyə-Özbəkistan-Azərbaycan üçtərəfli görüşünün gündəliyi açıqlanıb

Türkiyə-Özbəkistan-Azərbaycan üçtərəfli görüşünün gündəliyi açıqlanıb


1-08-2022, 11:59. Yazar: Admin

Özbəkistan, Türkiyə və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Sabah Daşkənddə Türkiyə-Özbəkistan-Azərbaycan xarici işlər nazirləri, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu üçtərəfli mexanizm çərçivəsində Xəzərdən keçən Şərq-Qərb dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəmində olan məsələlərdə koordinasiya və əməkdaşlığın artırılması hədəflənib.


Geri dön