Ana Sayfa > Karusel / Region > Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır
Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır1-08-2022, 07:03. Yazar: Admin |
Niderlandın Gənclər Birliyinin erməni əsilli fəalı Suen Abramyanın Ermənistana girişinə qadağa qoyulub. Suen qeyd edib ki, heç bir izahat verilmədən hava limanında 12 saat saxlanılıb. Bundan sonra ona arzuolunmaz şəxs olduğu deyilib və Niderlanda qayıtmalı olduğu bildirilib. “Dünən gecə “Daşnaksütyun”un Gənclər Ofisinin Sünikdə təşkil etdiyi könüllü düşərgələrində iştirak etmək üçün Ermənistanın “Zvartnots” hava limanına gəldim. Məni 12 saat saxladıqdan sonra heç bir izahat verilmədən vətənimə daxil ola bilməyəcəyimi, arzuolunmaz insan olduğumu və Niderlanda qayıtmalı olduğumu söylədilər”, - Suen qeyd edib. Eyni zamanda Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan da Ermənistana buraxılmayıb. Geri dön |