Ana Sayfa > Karusel / Gündəm > Hindistanda meymunçiçəyidən ilk ölüm

Hindistanda meymunçiçəyidən ilk ölüm


1-08-2022, 00:38. Yazar: Admin

Bir neçə gün əvvəl BƏƏ-dən gələn Hindistanın Kerala əyalətinin 22 yaşlı sakini meymunçiçəyi virusundan ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.

BƏƏ-dən gələndən sonra kişi aktiv həyat tərzi keçirib və heç nədən şikayət etməyib, lakin iyulun 26-da qızdırması olub və həkimə müraciət edib.

İyulun 30-da Avropada meymunçiçəyi xəstəliyindən ilk insan ölümü qeydə alınıb. Ölən şəxs İspaniyanın Valensiya bölgəsindəndir.


Geri dön