Ana Sayfa > Karusel / Gündəm > EBRD "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə zəmanətsiz kreditin ayrılmasını planlaşdırır

EBRD "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə zəmanətsiz kreditin ayrılmasını planlaşdırır


1-08-2022, 00:29. Yazar: Admin

Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında danışıqlar gedir.

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu qanışıqlar son mərhələdədir: "Danışıqlar uğurla nəticələnsə, bank tərəfindən ASCO-ya əhəmiyyətli miqdarda kreditin dövlət zəmanəti olmadan ayrılması nəzərdə tutulur.

Bu da öz növbəsində nəqliyyat-logitika ehtiyyaclarımızın, yəni Xəzərdə yeni gəmilərimizin tikintisi, digər hövzələrdə müəssisənin fəaliyyət göstərdiyi donanmaartırılma imkanlarını gücləndirəcək".

Xatırladaq ki, hazırda Xəzər dənizində və xarici sularda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"yə məxsus 200-dən artıq gəmi üzür.

2021-ci il ərzində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 106 müxtəlif tipli gəmi təmir olunub. Təmir olunan gəmilərdən 40-ı “Zığ” GTTZ-nin, 66-sı “Bibiheybət”GTZ-nin payına düşüb.

Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 9-u əsaslı, 18-i tərsanə, 13-ü cari təmir edilib. Bunlardan 33-ü ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 2-si İstehsalat Xidmətləri İdarəsinə, 3-ü Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 18-i əsaslı, 35-i tərsanə, 13-ü cari təmir olunub. Bu üzən vasitələrin 61-i ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i isə kənar təşkilatlara aiddir.


Geri dön