Ana Sayfa > Karusel / Gündəm > Serblər Kosovonun şimalında barrikada qurur

Serblər Kosovonun şimalında barrikada qurur


31-07-2022, 22:20. Yazar: Admin

Serblər Kosovonun şimalında barrikada qurur

Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb.

 

Televiziya xəbər verir ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.

Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.


Geri dön