Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 434 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
Azərbaycanda son sutkada 434 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib31-07-2022, 17:02. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 434 yeni yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabagnfo.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 798 838 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfər. Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb. Geri dön |