Ana Sayfa > Karusel / Gündəm > Bakıda “Taxta bazarı” yandı

Bakıda “Taxta bazarı” yandı


30-05-2020, 11:40. Yazar: Admin

 

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən Qarabaginfo.az-a verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

 

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

undefinedundefined


Geri dön