Ana Sayfa > Karusel / Region > Ukrayna hərbçiləri Xerson vilayətində dəmiryol körpüsünə zərbə endirib
Ukrayna hərbçiləri Xerson vilayətində dəmiryol körpüsünə zərbə endirib30-07-2022, 17:02. Yazar: Admin |
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiyanın işğalı altında olan ərazisindəki daha bir körpüyə zərbə endiriblər. Qarabaginfo.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı bildirib. Məlumata görə, Ukrayna hərbçiləri Antonov körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə də zərbə endiriblər: "İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına atəş nəzarətinin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”. Qeyd edək ki, iyulun 27-də Ukrayna hərbi qüvvələri Xersonda Antonov körpüsünə növbəti zərbədən endirdikdən sonra bu yol bağlanıb.
Geri dön |