Ana Sayfa > Karusel / Region > "Müharibənin üçüncü fazası: "Bu, Kursk qövsünə bənzər bir şey olacaq..."
"Müharibənin üçüncü fazası: "Bu, Kursk qövsünə bənzər bir şey olacaq..."30-07-2022, 16:59. Yazar: Admin |
"Baş verənlər Rusiyanın Ukraynaya qarşı növbəti nifrət və qəzəbinin nümayişidir"
"Ukraynanın cənubunda Rusiya Ukraynanın hazırlıqlı ehtiyat qüvvələri ilə üzləşəcək"
"Əgər biz soyuq başla yaşayıb döyüşəriksə, onları total fəlakət gözləyir"
Döyüş əməliyyatları zonasında, o cümlədən Yelenovkada "azovçular"ın həlak olması və ukraynalı əsirə işgəncələr verilməsinin videoda əks etdirilməsi "müharibənin üçüncü fazası"nın başlanması deməkdir.
Qarabaginfo.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç "Feyqin live" kanalının efirində səsləndirib.
"Düşmən bizim hərbi əsirin alçaldılmasını videoya çəkməsi, azovçuların olduğu yeri partlatması və günün günorta çağı Nikolayev rayonunu atəşə tutması ilə növbəti nifrət və qəzəbini püskürməli olub", - o, belə deyib.
Arestoviç qeyd edib ki, düşmən avqustun əvvəlində hücum planlaşdıraraq, "cənub uğrunda döyüşə hazırlaşır".
"Orada 1918-1920-ci illərin üslubunda dava baş verəcək. Bu, çöllərdə manevr etmək, cəbhəni yarıb keçmək və s. elementlərdən ibarət müharibə olacaq", - müşavir deyib.
Onun sözlərinə görə, cəbunda Rusiya ordusu Ukraynanın hazırlıqlı ehtiyat qüvvələri ilə üzləşəcək. Bu mənada ABŞ müdafiə naziri Lloyd Ostin müharibə düyününün açılmasının yaxınlaşması barədə dediklərində haqlıdır.
"Bu, o demək deyil ki, müharibə bitəcək, lakin bu, Kursk qövsünə bənzər bir şey olacaq. Orada baş verənlər hələ də davam edə biləcək müharibənin final mərhələsini müəyyən edəcək", - Arestoviç əlavə edib.
Müşavirin proqnozuna görə, Rusiyanın təxribatlarının hesablandığı emosiyalara uymasaq, Ukrayna bu döyüşü udacaq:
"Əgər biz soyuq başla yaşayıb döyüşəriksə, onların, ümumiyyətlə, heç bir şansları olmayacaq. Onları total fəlakət gözləyir".(moderator.az)
Geri dön |