Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib

Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib


30-07-2022, 16:52. Yazar: Admin

Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı verib.

Qarabaginfoaz xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.


Geri dön