Ana Sayfa > Karusel / Dünya > “Almaniya bu məsələdə qərəzsizliyini itirib” – Çavuşoğludan KRİTİK AÇIQLAMA

“Almaniya bu məsələdə qərəzsizliyini itirib” – Çavuşoğludan KRİTİK AÇIQLAMA


30-07-2022, 12:49. Yazar: Admin

“Almaniya son vaxtlar Türkiyə, Yunanıstan və Kipr arasındakı vasitəçilikdə qərəzsizliyini itirib”.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fikir səsləndirib.

“Almaniyanın Şərqi Aralıq və Egey dənizi məsələsində balanslı mövqeyini saxlamasını istəyirik” – Çavuşoğlu vurğulayıb.

“Üçüncü ölkələr, xüsusən də Almaniya, Yunanıstan və Kipr yunanları tərəfindən təxribat və təbliğat vasitəsi olmamalıdır”, – Türkiyənin XİN rəhbəri fikirlərini tamamlayıb.

Xatırladaq ki, Türkiyə, Yunanıstan və Kipr arasında münasibətlər rəsmi Ankaranın Şərqi Aralıq dənizində qaz kəşfiyyatı aparmaq istəyi ilə əlaqədar pisləşib.(Konkret.az)


Geri dön