Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir
Ana Sayfa > Karusel / Region > Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir


28-07-2022, 10:40. Yazar: Admin

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, hərbi dənizçilərimizin Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd olunub ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.


Geri dön