Ana Sayfa > Karusel / Gündəm > Bu ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Bu ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi


28-07-2022, 00:05. Yazar: Admin

Bu ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Şimali Makedoniya Assambleyası İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulma protokollarını təsdiqləyib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin iclasında protokolları ratifikasiya edən hər iki qanun layihəsinə 103 deputat “hə” səsi verib.

NATO əleyhinə mövqeyi ilə tanınan Levica (Sol) Partiyasından iki deputat isə qanunun əleyhinə səs verib.

Parlamentin iclasında Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski və xarici işlər naziri Bujar Osmani, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.


Geri dön