Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb,9 741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.
Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.