Ana Sayfa > Karusel / Region > Ukraynada vəhşiliklər törədən ən qəddar rusiyalıların milliyyəti açıqlandı...
Ukraynada vəhşiliklər törədən ən qəddar rusiyalıların milliyyəti açıqlandı...27-07-2022, 16:16. Yazar: Admin |
"Buryatlar ən iyrənc və murdar məxluqdur, onlarda rəhm deyilən hiss yoxdur..."
"Onlar ukraynalıların həyat səviyyəsindən heyrətə gəlib, özləri isə sanki biyabanda yaşayıb..."
"Buryatların və kadırovçuların vəhşiliklərindən zərərçəkənlərlə işləyən psixoloqların özlərinin psixoloqa ehtiyacı var..."
Buryatiyadan olan rusiyalı hərbi qulluqçular Ukraynada ən çox qəddarlıqla seçilir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin 63-cü briqadasının komandir müavini, polkovnik Vadim Çyornı bəyan edib.
"Onlarda hər hansı rəhm və ya başqa hisslər yoxdur. O biriləri avropoid irqindəndir, necə deyərlər, az-çox hissləri var, amma buryatlar rəhm hissindən məhrumdur, onlar başqalarından daha qəddardır", - Çyornı deyib.
Onun sözlərinə görə, Ukraynada Rusiya hərbi kontingentinin tərkibində olan buryatları ukraynalıların həyat səviyyəsi heyrətə gətirib.
"Mən onlarla ünsiyyətdə olmamaşam. Amma hər halda deyirlər ki, bizim həyat səviyyəmiz onlarda heyrət doğurur. Bax, buradan bir az aralıda bir yaşayış məntəqəsi var. Bu, kiçik şəhər tipli qəsəbədir. İki-üç çoxmərtəbəli bina var, vəssalam, başqa heç nə yoxdur. Amma orada məktəb var ki, böyük şəhərlərdə beləsinə rast gəlmərsən. Orada hər şey necə də təmizdir, bəzəkli-düzəklidir. Buryatlar orada olub və yerli sakinlərdən soruşublar: "Bu, hansı şəhərdir?" Yerli sakinlər deyib: "Nə şəhər? Siz kənddəsiniz". - "Kənddə? Biz də elə zənn etmişdik ki, bura şəhərdir".
Onlar Ukraynadakı həyat səviyyəsinə heyran olub. Evdə unitazın olması nəsə qeyri-adi bir şey kimi görünür. Sanki Stiven Kinqi oxuyurlar, yaxud "Ulduz müharibələri" kinosuna baxırlar. Bunlar sanki biyabandan gəlib. Bunlar məişət texnikasını, unitazları, geyilmiş alt paltarlarını oğurlayanlar ordusunu təmsil edir", -Çyornı deyib.
Bu, Buryatiyadan hərbi xidmətə çağırılan rusiyalı hərbi qulluqçuların Ukraynada qeyri-adi qəddarlığı barədə ilk bəyanat deyil.
2022-ci ilin mayında Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lüdmila Denisova bəyan edib ki, buryatlar Ukraynada çoxsaylı vəhşiliklər törədib.
Denisova ilə söhbətində "QORDON" interner nəşrinin baş redaktoru Alesa Batsman rusiyalı hərbçilərdən azad edilən ərazilərdə işləyən könüllülərin sözlərini çatdırıb: "Ən iyrənc və murdar məxluq buryatlardır, onlar içki içir, insanlara işgəncə verir, onları qətlə yetirirlər. Onlar ən qəddarlarıdır".
Denisova əminliklə bu məlumatı təsdiq edib: "Mən bu məlumatı təsdiq edirəm. Məsələn, Buçada beş hərbi qruplaşma olub. Biri "kadırovçular"dan, digəri buryatlardan ibarət olub. Əsas cinayətlər- güllələnmələr, qəddarcasına münasibət, işgəncələr məhz "kadırovçular"ın və buryatların olduqları yerdə baş verib. Başqa milliyyətdən də kifayət qədər olub: hündürboy, işıqlı gözləri və yüksək səsi olanlar".
O, qeyd edib ki, buryatların və "kadırovçular"ın vəhşiliklərindən zərərçəkənlərlə işləyən psixoloqların özlərinə psixoloq lazımdır.(Moderator.az)
Geri dön |