Ana Sayfa > Karusel / Region > Ukrayna rusların Xersondakı "ən zəif yeri"ndən vurdu...- İlk VİDEO

Ukrayna rusların Xersondakı "ən zəif yeri"ndən vurdu...- İlk VİDEO


27-07-2022, 13:17. Yazar: Admin
Ukrayna rusların Xersondakı
Hazırda körpüdən nə avtomobil, nə də hərbi texnika keçə bilir...
İnternet şəbəkələrində  Ukrayna Silahlı Qüvvələrinin bir gün əvvəl daha bir uğurlu zərbə endirdiyi Xerson yaxınlığındakı Antonov avtomobil körpüsündən ilk video yayımlanıb.
 
Qarabaginfo.az "UNUAN"a istiandla xəbər verir ki, video-yazı ilk olaraq Rusiyayönlü telegram- kanalları tərəfindən yayılıb.
 
Görüntülərdə yada salınır ki, gecə saatlarında işğal altında olan Xersonda güclü partlayışlar  olub. Ukrayna Silahlı Qüvvələrinin Antonov körpüsünə uğurlu hücumu barədə məlumat verilib. Daha sonra Ukrayna Silahlı Qüvvələri tərəfindən körpüyə zərgər dəqiqlikli zərbələr təsdiqlənib.
 
"UNİAN"-ın daha əvvəl xəbər verdiyi kimi, iyulun 19-da Ukrayna hərbçiləri işğal olunmuş Xersonda şəhəri Dnepr çayının sol sahili ilə birləşdirən Antonov körpüsünü vurub.
 
Britaniya kəşfiyyatı Antonov körpüsünü Rusiya ordusunun Xerson vilayətində əsas zəif yeri adlandırır. Məhz buna görə də Dneprdən keçən keçidlərə nəzarət Xerson vilayətində hərbi əməliyyatların əsas faktoruna çevrilə bilər.

Geri dön