Ana Sayfa > Karusel / Təhsil > Emin Əmrullayev: “Yoluxmalar artsa, siniflər bağlana bilər”
Emin Əmrullayev: “Yoluxmalar artsa, siniflər bağlana bilər”27-07-2022, 12:26. Yazar: Admin |
Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qarabaginfo.az xəbər verir ki, o bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur. "Artıq 2 il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur". Geri dön |