Ana Sayfa > Karusel / Dünya > Boris Conson NATO-nun baş katibi ola bilər

Boris Conson NATO-nun baş katibi ola bilər


27-07-2022, 12:07. Yazar: Admin

Boris Conson NATO-nun baş katibi ola bilər Britaniyanın keçmiş baş naziri Boris Conson yeni ildə Şimali Atlantika Alyansının baş katibi postu uğrunda mübarizə apara bilər.  

Qarabaginfo.az krallıq parlamentinin müdafiə komitəsinin üzvlərinə istinadən xəbər verir ki, Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Conson Qərbin anti-Rusiya siyasi və iqtisadi kampaniyasının aktivinə çevrilib. Bundan əlavə, keçmiş nazir Devid Consun sözlərinə görə, İsveç və Finlandiyanın bloka üzvlük üçün müraciət etmə qərarına yalnız Conson reaksiya verib.

Mühafizəkar deputat Riçard Draks deyir: “Hər hansı bir görkəmli britaniyalı əla seçim olardı".

O, Consonun həqiqətən bunu edə biləcəyini açıqlayıb.

Kiyev rejimi keçmiş baş nazirin baş katib postuna namizədliyi irəli sürüləcəyi təqdirdə ona siyasi dəstək verəcək. Eyni zamanda, digər britaniyalı siyasətçilər də xəbərdarlıq ediblər ki, Torilərin keçmiş liderinin NATO-nun baş katibi postuna namizədliyi təkcə onun şübhəli reputasiyasına görə deyil, həm də siyasi zəminə görə mübahisələndiriləcək.(Yenisabah) 


Geri dön