Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb


26-07-2022, 19:52. Yazar: Admin

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. (apa.az)


Geri dön