Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycan Respublikasının dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır

Azərbaycan Respublikasının dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır


29-05-2020, 15:48. Yazar: Admin

 

Azərbaycan Respublikasının dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qarabaginfo.az xəbər verir ki, Qərargahdan verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırmışdır. 

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılmışdır. APA

 


Geri dön