Ana Sayfa > Karusel / Gündəm > Hulusi Akar: “Taxıl İxracı üzrə Koordinasiya Mərkəzi işini davam etdirir”

Hulusi Akar: “Taxıl İxracı üzrə Koordinasiya Mərkəzi işini davam etdirir”


26-07-2022, 19:28. Yazar: Admin

“Ukraynadan kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzi fəaliyyətini intensiv şəkildə davam etdirir. Çünki Ukrayna taxılının olduğu ilk gəmilərin mümkün qədər tez vaxtda müştərilərə göndərilməsi zəruridir”.

Qarabaginfo.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla görüşündə deyib.

Görüş zamanı H.Akar vurğulayıb ki, Türkiyə Ukraynanın dəniz limanlarından yüklərin daşınması çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirir və bundan sonra da yerinə yetirməyə davam edəcək.


Geri dön