Ana Sayfa > Karusel / Gündəm > ABŞ Milli Qvardiyasının general-mayoru Bakıdadır

ABŞ Milli Qvardiyasının general-mayoru Bakıdadır


26-07-2022, 19:11. Yazar: Admin

ABŞ Milli Qvardiyasının general-mayoru Bakıdadır

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin tvitter səhifəsində paylaşım edilib.

“ABŞ Səfirliyi Azərbaycanda səfərdə olan ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikmanı salamlayır. Səfər zamanı o, hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək”, - məlumatda bildirilir.

 


Geri dön