Ana Sayfa > Karusel / Gündəm > İsrail müdafiə naziri: İranın nüvə proqramını ciddi zədələmək qabiliyyətimiz var
İsrail müdafiə naziri: İranın nüvə proqramını ciddi zədələmək qabiliyyətimiz var26-07-2022, 18:04. Yazar: Admin |
“İsrailin İranın nüvə proqramını ciddi zədələmək qabiliyyəti var”. Qarabaginfo.az-ın “The Times Of İsrail” saytında istinadən xəbərinə görə, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib. O bildirib ki, dünya güclərinin İranın nüvə fəaliyyətini cilovlamaq məqsədilə 2015-ci il paktını yenidən canlandırması sadəcə gecikdirmə taktikası olacaq: “İran qlobal problemdir. Bu sadəcə İsrailin şəxsi problemi deyil”. Benni Qantz ABŞ Prezidenti Co Baydenin Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırılması niyyətini bəyan etməsinə münasibət bildirərkən qeyd edib ki, bu, əsassız konsepsiyadır. “Biz sadəcə olaraq müvəqqəti gecikdirmə olan bu pis razılaşmadan məmnun deyilik”, - Qantz bildirib.
O, belə bir razılaşmanın iranlılara öz iqtisadiyyatlarını inkişaf etdirmələrinə imkan verəcəyini və onların daha sonrakı bir tarixdə nüvə proqramına qayıtmaqlarını legitimləşdirəcəyini vurğulayıb. Bununla belə, Qants yaxın gələcəkdə razılaşmanın olacağını gözləmədiyini deyib. Müdafiə naziri İsrailin Rusiya ilə çox vacib əlaqələrinin olduğunu, ölkəsinin Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar Qərbin yanında yer almasının həssaslıq tələb etdiyini vurğulayıb: “Düşünürəm ki, biz həssaslıqla davranmalı və rusiyalılarla dialoqu saxlamalıyıq”. Geri dön |