Ana Sayfa > Karusel / Təhsil > Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb
Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb26-07-2022, 11:42. Yazar: Admin |
Bu gündən etibarən Bakı şəhəri üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb. Bu barədə Qarabaginfo.az-a Təhsil Nazirliyindən xəbər verilib. Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq. Qeyd edək ki, bu proses mərhələli şəkildə həyata keçirilir. İyulun 22-də saat 11:00-dan ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb. Avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Geri dön |