Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Rusiya və Ukraynanı İstanbul sazişinə əməl etməyə çağırıb

Ərdoğan Rusiya və Ukraynanı İstanbul sazişinə əməl etməyə çağırıb


25-07-2022, 22:48. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz qatqı Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, sazişin imzalanmasına dair müzakirələr çox həssas formada davam edib.

Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: “Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik”.

Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.


Geri dön