Ana Sayfa > Karusel / Gündəm > Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının artımına səbəb olan faktorları açıqlayıb

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının artımına səbəb olan faktorları açıqlayıb


25-07-2022, 22:34. Yazar: Admin

Mikail Cabbarov - Vikipedi

Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi artım templəri ürəkaçandır.

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2 %, qeyri-neft sektorunun isə 9,6 % artması həqiqətən sağlam iqtisadi artımdır: "Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq agentlikləri, dünya təşkilatları Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi templərə əsaslanaraq bu proqnozları artırır".

Nazir qeyd edib ki, hazırda dünya iqtisadiyyatında birmənalı proseslər baş vermir: "Ümumilikdə fraqmentasiya prosesini izləyirik. Bir sözlə vahid, son illərdə oturuşmuş sistemin müxtəlif regionlar əsaslı, müxtəlif ölkələrin, iqtisadiyyatların arasının açılmasını izləyirik.

Bu, həm qida məhsullarının, həm də enerji daşıyıcılarının qiymətinin artması fonunda baş verir. Bu 2 amil bütün dünyada istehlakçılar, vətəndaşlar tərəfindən hiss edilən prosesdir".

O vurğulayıb ki, bütün bunlara pandemiya dövründə cənab Prezidentin nəzarəti ilə hökumətin atdığı addımların bütövlüyü və ardıcıllığı, ikinci isə iqtisadi və struktur islahatlarının nəticələri, üçüncüsü, böyük blok kimi dövlət müəssisələrinin idarə edilməsi və daimi yaxşılaşan biznes mühiti kimi faktorlar səbəb olub.


Geri dön