Ana Sayfa > Karusel / Gündəm > AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb

AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb


25-07-2022, 19:42. Yazar: Admin

AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb

Ermənistanla münasibətlərin normallaşma prosesinə dair danışıqlar qarşı tərəfin sözünü tutduğu müddət ərzində önəmlidir.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.

O əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb.

Çelik, həmçinin, bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdlərinin olduğunu da vurğulayıb.


Geri dön