Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ana Sayfa > Karusel / Gündəm > Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub


25-07-2022, 18:11. Yazar: Admin

Qalanews

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Geri dön