Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 102 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 102 nəfər COVID-19-a yoluxub


25-07-2022, 17:20. Yazar: Admin

Azərbaycanda daha 102 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 796 576 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9735 nəfər vəfat edib, aktiv xəstə sayı 1933 nəfərdir.

Ölkədə son sutka ərzində 1860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb.


Geri dön