Ana Sayfa > Karusel / Gündəm > Polşalı MMA çempionu Ukraynada həlak oldu
Polşalı MMA çempionu Ukraynada həlak oldu24-07-2022, 18:21. Yazar: Admin |
Polşalı qarışıq döyüş növləri üzrə (MMA) çempion Tomek Valentek Ukraynanın müdafiəsi zamanı həlak olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa MMA Assosiasiyası məlumat yayıb. “Böyük kədərlə, polşalı könüllü kimi Ukraynanın Beynəlxalq Müdafiə Legionunun tərkibində döyüşmüş və orada həlak olan Tomekonun ölümü ilə bağlı məlumatı aldıq”, - məlumatda deyilir. Bildirilib ki, o, Donbassda həlak olub. Qeyd edək ki, Valentek həvəskar MMA turnirlərində iştirak edib. O, 2021-ci ildə Qlivitsedə keçirilən İkinci MMA Turnirinin qalibi olub. Geri dön |