Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


24-07-2022, 16:45. Yazar: Admin

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 187 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 361, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 272 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 805 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 364 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 106, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 330 117, pozitiv nəticədən sonra buster doza olunanların sayı 253 046 təşkil edir.


Geri dön