Ana Sayfa > Karusel / Region > “Rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib” - Erməni siyasətçi

“Rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib” - Erməni siyasətçi


23-07-2022, 22:19. Yazar: Admin

“Rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib” - Erməni siyasətçi

"Nikol Paşinyanın məğlubiyyəti ucbatından rəsmi Brüssel üçün Dağlıq Qarabağ və erməni hərbi əsirlərin problemi yoxdur".

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində canlı yayımda bildirib.

O deyib: “Mənim bəyanatım bu il iyulun 18-də dərc edilmiş Avropa Komissiyasının baş katibinin imzaladığı rəsmi sənədə əsaslanır. Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat adlanır.

Yəni Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla əlaqələri, qiymətləndirmələri, problemləri və müxtəlif sahələrdə qeydə alınan uğurları ümumiləşdirilmişdir.

Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bu mətn boyu heç olmasa bir dəfə “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların dözümlü olduğu “Qarabağ” sözündən istifadə edib.

Avropa İttifaqının rəsmi cavabına görə, Dağlıq Qarabağ yoxdur və bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. Onun üçtərəfli görüş zamanı etdikləri, yəni “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən imtina edib, indi bütün bunlar rəsmi sənədlərdə var”.

Aşotyan əmin olduğunu bildirib ki, nə Ermənistan XİN, nə də Təhlükəsizlik Şurası bu sənədi oxumayıb.(Yenisabah)


Geri dön