Ana Sayfa > Karusel / Cəmiyyət > Həftə sonunadək hava küləkli və yağışlı olacaq

Həftə sonunadək hava küləkli və yağışlı olacaq


23-07-2022, 11:12. Yazar: Admin

Həftə sonunadək hava küləkli və yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında Həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında İyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.


Geri dön