Ana Sayfa > Karusel / Region > Kalın: “Yaxın günlərdə Qara dənizdə taxılın daşınması başlayacaq”
Kalın: “Yaxın günlərdə Qara dənizdə taxılın daşınması başlayacaq”23-07-2022, 10:53. Yazar: Admin |
“Taxıl daşınması saziş”i Türkiyənin diplomatik uğurudur. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “A-Haber”ə açıqlamasında deyib. O qeyd edib ki, burada məsələ tək taxıl daşınması deyil. Ukraynada insanlar ölür, evlər uçur: “Bunun qarşısını almaq lazımdır. Biz bu balanslı siyasəti ardıcıl sürətdə davam etdirəcəyik”. Kalın gəmilərin artıq yaxın günlərdə daşımalara başlayacağını bildirib. “Amma bu, ölkələrin hazırlığından asılıdır. Biz hazırıq, boğazlar hazırdır. Rusiyanın taxıl məhsullarına embarqo yoxdur. Ancaq Rusiya, gəmilərinə embarqonun tətbiq olunacağını düşündüyü üçün 3-4 ay idi ki, onları Qara dənizdən çıxarmırdı. Bu razılaşma ilə yol açıldı. Ukrayna tərəfi isə Odessa limanı istiqamətində 3 dəhliz açacaq. Yaxın günlərdə Qara dənizdə bu mənada ciddi aktivlik olacaq. Dünyadakı ərzaq böhranı bitəcək”, - deyə o bildirib. Türkiyə Prezidentinin sözçüsü təxminən 5 aya yaxındır davam edən müharibədə ən ciddi sülh danışıqlarının Türkiyədə keçirildiyini qeyd edərək, digər ölkələrin də bu prosesə qoşulacağına və Türkiyənin nə qədər önəmli ölkə olduğunu anlıyacağlarına ümid etdiyini vurğulayıb. Geri dön |